• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev daha bir YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ

    05

    yan

    Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev daha bir YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ

    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.

    Ekologiya.az xəbər verir ki, bu barədə COP28-un “X” səhifəsində məlumat yayılıb.

    Səhifədə bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un prezidenti Muxtar Babayev və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə işlərində uğurlar arzulanıb:

    “Biz COP29 və COP30 prezidentləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə işləməyi səbirsizliklə gözləyirik. COP28-in tarixi uğurunu davam etdirərək 1,5°C-ni əlçatan məsafədə saxlayın”.

    Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək.

    Tarix : 5-01-2024, 09:05 | Oxunub: 4 762