• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • SON DƏQİQƏ! Bakı metrosunda PROBLEM YARANDI - Qatarlar YUBANIR

    03

    may

    SON DƏQİQƏ! Bakı metrosunda PROBLEM YARANDI - Qatarlar YUBANIR

    "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

    Bu barədə Ekologiya.az -a Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.

    Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.Musavat.com

    Tarix : 3-05-2025, 17:28 | Oxunub: 2 000