• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakı metrosunda tüstülənmə baş verib - FHN hərəkətə keçdi

    19

    okt

    Bakı metrosunda tüstülənmə baş verib - FHN hərəkətə keçdi

    "Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib".

    Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlama verib.

    O bildirib ki, Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, FHN-in aidiyyəti quruma məlumat verilib:

    "Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.

    Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub".

    Tarix : 19-10-2024, 10:50 | Oxunub: 1 832