Ana səhifə›
CƏMİYYƏT
›
SON DƏQİQƏ! Bakı metrosunda PROBLEM YARANDI - Qatarlar YUBANIR
CƏMİYYƏT
SON DƏQİQƏ! Bakı metrosunda PROBLEM YARANDI - Qatarlar YUBANIR
Ekologiya
AMP
"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.Bu barədə Ekologiya.az -a Bakı Metropoliteni İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.Musavat.com