• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İyun ayının qeyri-iş günləri MƏLUM OLDU: 13 gün iş olmayacaq

    13

    may

    İyun ayının qeyri-iş günləri MƏLUM OLDU: 13 gün iş olmayacaq

    İyun ayının qeyri-iş günləri açıqlanıb.

    Ekologiya.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar ardıcıl olaraq 6,7,8 və 9 iyunda iş olmayacaq.

    15 iyun Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 16 iyun iş olmayacaq.

    İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyri-iş günü olur. Belə ki, həftəsonları da daxil olmaqla, iyunda 13 gün qeyri-iş günü olacaq.

    Tarix : 13-05-2025, 10:57 | Oxunub: 1 896