• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İyunda 13 gün iş olmayacaq

    04

    apr

    İyunda 13 gün iş olmayacaq

    İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

    Ekologiya.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 

    İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

    Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

    Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.

    Tarix : 4-04-2025, 09:20 | Oxunub: 2 088