Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Nərəcan kəndinin ərazisində piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd edək ki, Nərəcan kənd sakini Təyyar Xəlilov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə qohumu, 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub.

T.Məcidovun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib. 

Qəzanı törədən T.Xəlilov isə saxlanılıb.

Faktla bağlı  araşdırma aparılır.