• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər GÖRÜN KİM İMİŞ

    10

    mar

    Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölənlər GÖRÜN KİM İMİŞ

    Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Zalqarağac kəndində qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.

    Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (Report)

    ***

    Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.

    Zalqarağac kəndində “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.

    Qəza nəticəsində iki nəfər ölüb.

    Faktla bağlı araşdırma aparılır. (Report)


    Tarix : 10-03-2024, 18:55 | Oxunub: 81