• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prezident Laçında sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

    27

    may

    Prezident Laçında sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

    Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də  Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

    Musavat.com xəbər verir ki, dövlət başçısını salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.

    Prezident İlham Əliyev: Sağ olun.

    Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük.

    Prezident İlham Əliyev: Salam, necəsiniz?

    Sakin: Çox sağ olun.

    Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?

    Sakin: Bəli, birinci gələnlərdənik.

    Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?

    Prezident İlham Əliyev: Olar, çəkdirək.

    Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

    Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

    Sakin: Beş.

    Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

    Sakin: Bəli, bəli.

    Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?

    Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.

    Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.

    Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.

    Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa.

    Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya.

    Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin.

    Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?

    Sakin: Bəli, əladır, çox gözəldir.

    Prezident İlham Əliyev: Həyətyanı sahə var?

    Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident.

    Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm.

    Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.




    Tarix : 27-05-2025, 16:42 | Oxunub: 1 064