• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Tıxac, toz-torpaq, külək…” — Prezident Bakı haqda

    26

    fev

    “Tıxac, toz-torpaq, külək…” — Prezident Bakı haqda

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

    Ekologiya.az bildirir ki, Musavat.com-un məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.

    Kişi sakin: 35 ildir gözləyirdik.

    Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

    Kişi sakin: Şəhər tərəfdə.

    Prezident İlham Əliyev: Bakıda?

    Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.

    Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?

    Kişi sakin: Ağcabədidə.

    Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.

    Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?

    Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.

    Prezident İlham Əliyev: Orada şərait necə idi?

    Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.

    Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.

    Prezident İlham Əliyev: Əlbəttə.

    Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.

    Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.

    Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!

    Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır.


    Tarix : 26-02-2026, 07:27 | Oxunub: 2 680