Sumqayıtda su və kanalizasiya xətlərinin təmiri sakinlərə problem yaradır – VİDEO
Küçə qazılıb, yol keçilməz hala düşüb… Ərazidə yaşayan sakinlər isə demək olar ki, unudulub…
Sumqayıt Su Kanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Pərviz Hüseynov küçəsində təmir-bərpa işləri podraçı təşkilat tərəfindən həyata keçirilir. Podraçı təşkilatın sahə rəisi Bayram Muradov isə bildirdi ki, sözü gedən ünvanda layihə əsasında dəmir beton kanstruksiyalı xətt çəkilir. Cəmi 100 metr məsaəfdə material çatışmazlığı yaşanır. Artıq tikinti materillarının alınması üçün sifariş verilib. Bu ayın 15-dən sonra problem öz həllini tapacaq.