Küçə qazılıb, yol keçilməz hala düşüb… Ərazidə yaşayan sakinlər isə demək olar ki, unudulub…
Ekologiya.az xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıtda, Pərviz Hüseynov küçəsində təmir-bərpa işləri yarımçıq saxlanılıb, qazıntı aparılan yerlər açıq halda qalmaqda davam edir. Sakinlər işlərin tamamlanmamasından narazıdır.
Sumqayıt Su Kanal İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, Pərviz Hüseynov küçəsində təmir-bərpa işləri podraçı təşkilat tərəfindən həyata keçirilir. Podraçı təşkilatın sahə rəisi Bayram Muradov isə bildirdi ki, sözü gedən ünvanda layihə əsasında dəmir beton kanstruksiyalı xətt çəkilir. Cəmi 100 metr məsaəfdə material çatışmazlığı yaşanır. Artıq tikinti materillarının alınması üçün sifariş verilib. Bu ayın 15-dən sonra problem öz həllini tapacaq.
Bununla da sakinlərin haqlı şikayəti tam aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.