Ana səhifə›
CƏMİYYƏT
›
Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı- Ölən və xəsarət alanlar var
CƏMİYYƏT
Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı- Ölən və xəsarət alanlar var
Ekologiya
AMP
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır.Faktla bağlı araşdırma aparılır.***Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb.Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb.Həmin şəxslər səhər saatlarında Gəncə şəhərində çalışdıqları məktəbə işə gedirmişlər./Qafqazinfo.az/