• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı- Ölən və xəsarət alanlar var

    11

    iyn

    Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı- Ölən və xəsarət alanlar var

    Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.

    Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

    Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb.

    Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb.

    Həmin şəxslər səhər saatlarında Gəncə şəhərində çalışdıqları məktəbə işə gedirmişlər./Qafqazinfo.az/

    Tarix : 11-06-2025, 13:45 | Oxunub: 1 648