Tam versiya
Ana səhifə CƏMİYYƏT Xüsusi mühafizə olunan təbiət ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib
CƏMİYYƏT

Xüsusi mühafizə olunan təbiət ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib


Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Türyançay Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, qoruqla həmsərhəd kəndlərdə yaşayan sakinlərin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Təlimdə yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.Ekologiya.az
Paylaş:
Tam mətni oxu →