• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İşğaldan azad ediləm ərazilərdə məskunlaşan əhalinin sayı AÇIQLANIB

    17

    iyn

    İşğaldan azad ediləm ərazilərdə məskunlaşan əhalinin sayı AÇIQLANIB

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.06.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 14 843 nəfərdən ibarət 3 721 ailənin qayıdışı təmin edilib.

    Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.


    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 32 216 nəfər təşkil edib.

    Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 48 209 nəfər təşkil edib.

    Tarix : 17-06-2025, 17:15 | Oxunub: 1 176