• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Salyana yağan qar elektrik verilişində çətinliklər yaradıb

    14

    yan

    Salyana yağan qar elektrik verilişində çətinliklər yaradıb

    Salyanda qarın yağması elektrik verilişində çətinliklər yaradıb.

    "Report"un Aran bürosunun məlumatına görə, səhər saatlarında küləklə müşahidə olunan yağış axşam qara çevrilib. Bəzi yerlərdə qarın hündürlüyü 3-5 santimetrə çatıb.

    Sakinlərin sözlərinə görə, küləklə müşahidə olunan qarın yağması bəzi transformatorları işlək vəziyyətindən çıxarıb. Nəticədə rayonun Şorsulu və Sarvan ərazi vahidliklərində enerjinin verilişində fasilələr yaranıb. Şəhər əhalisinin bir hissəsi işıqsız qalıb.

    Hazırda aidiyyəti qurumlar tərəfindən transformatorları yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır.

    Tarix : 14-01-2024, 10:00 | Oxunub: 1 657