Tam versiya
Ana səhifə CƏMİYYƏT İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib - FOTO
CƏMİYYƏT

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib - FOTO



İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

Ekologiya.az=ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə DİN tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.
Respublikanın bütün turizm zonalarına — çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.
Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.

Paylaş:
Tam mətni oxu →