• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qubada yanğın baş verib

    04

    avq

    Qubada yanğın baş verib

    Qubada taxıl sahəsi yanıb.

    Bu barədə APA-ya FHN-dən məlumat verilib.

    Bildirilib ki, rayonun Pirvahid kəndində meşə ətrafı ərazidə 3 hektar sahədə kol-kos və 10 hektar biçilmiş taxıl sahəsi yanıb.

    Rayonun İkinci Nügədi kəndində meşə ətrafı ərazidə isə 5 hektar sahədə kol-kos yanıb. Hər iki yanğında meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Tarix : 4-08-2025, 10:50 | Oxunub: 1 512