• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İyulda 118 nəfər zəhərlənib, 3-ü ölüb

    06

    avq

    İyulda 118 nəfər zəhərlənib, 3-ü ölüb

    İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

    Bu barədə Ekologiya.az-a Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

    Şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.

    Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

    Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

    Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

    Tarix : 6-08-2025, 11:38 | Oxunub: 1 632