• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Aran rayonlarında eləcə də Naxçıvanda 39 dərəcəyədək isti qeydə alınıb - FAKTİKİ HAVA

    10

    avq

    Aran rayonlarında eləcə də Naxçıvanda 39 dərəcəyədək isti qeydə alınıb - FAKTİKİ HAVA

    Avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

    Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.

    Tarix : 10-08-2025, 13:30 | Oxunub: 1 712