Tam versiya
Ana səhifə CƏMİYYƏT Son iki gündə aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb
CƏMİYYƏT

Son iki gündə aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb


Avqustun 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 19 tüfəng, 10 patron darağı və müxtəlif çaplı 102 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
Tam mətni oxu →