• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son iki gündə aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

    11

    avq

    Son iki gündə aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

    Avqustun 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 19 tüfəng, 10 patron darağı və müxtəlif çaplı 102 ədəd patron aşkar edərək götürüblər.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

    Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Tarix : 11-08-2025, 12:20 | Oxunub: 1 472