• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

    21

    avq

    İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə "Report"a DSX-dən məlumat verilib.

    Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Tarix : 21-08-2025, 13:10 | Oxunub: 944