• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nərimanovda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər olub

    25

    avq

    Nərimanovda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər olub

    Bakı şəhərinin Nərimanov rayonunda yataqxanada yanğın olub.

    Ekologiya.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

    Bildirilir ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.

     “Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda qeyd olunub.

    Tarix : 25-08-2025, 18:46 | Oxunub: 1 768