Tam versiya
Ana səhifə CƏMİYYƏT Avtomobillə moped toqquşub, xəsarət alan var
CƏMİYYƏT

Avtomobillə moped toqquşub, xəsarət alan var


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Changan" markalı avtomobillə moped toqquşub. Qəzada xəsarət alan mopedin sürücüsü, 2003-cü il təvəllüdlü Sultanov Şaban Allahverən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Paylaş:
Tam mətni oxu →