• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Avtomobillə moped toqquşub, xəsarət alan var

    26

    avq

    Avtomobillə moped toqquşub, xəsarət alan var

    Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Changan" markalı avtomobillə moped toqquşub. Qəzada xəsarət alan mopedin sürücüsü, 2003-cü il təvəllüdlü Sultanov Şaban Allahverən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

    Tarix : 26-08-2025, 09:30 | Oxunub: 1 536