• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Leysan yağışları ilə bağlı Daşkəsənin Alaxançallı kəndindəki son vəziyyət açıqlanıb

    06

    sen

    Leysan yağışları ilə bağlı Daşkəsənin Alaxançallı kəndindəki son vəziyyət açıqlanıb

    Daşkəsən rayonuna, o cümlədən Alaxançallı kəndi ərazisinə qısamüddətli leysan xarakterli yağış yağıb. Kənddən keçən Gəncə çayında su çoxalıb.

    Bu barədə "Report"a rayonun Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramov məlumat verib.

    O bildirib ki, kənddən keçən Gəncə çayında su çoxalıb, hazırda hər hansı təhlükəli vəziyyət müşahidə olunmur:

    "İntensiv yağış fəsad törətməyib. Ərazidə həyat normal axarında davam edir".

    Tarix : 6-09-2025, 09:15 | Oxunub: 2 088