• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda 4 günlük tətil BAŞLADI

    08

    noy

    Azərbaycanda 4 günlük tətil BAŞLADI

    Bu gündən Zəfər Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

    8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

    Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

    Ekologiya.az bildirir ki, noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

    Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.

    Tarix : 8-11-2025, 11:50 | Oxunub: 1 784