• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • May ayında 3 və 4 gün olmaqla, 2 dəfə tətil...

    22

    apr

    May ayında 3 və 4 gün olmaqla, 2 dəfə tətil...

    May ayı ərzində iki dəfə - 3 və 4 gün olmaqla ardıcıl qeyri-iş günləri olacağı gözlənilir.

    Ekologiya.az Axar.az-a istinadən xəbər verir ki, 9 May Qələbə Günü 4-cü günə təsadüf edir, 11 və 12 may isə istirahət günləridir. O cümlədən bu il 28 May Müstəqillik Günü 2-ci günə düşür, 25 və 26 may tarixləri isə şənbə-bazardır.

    Qanunvericiliyə uyğun olaraq, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 10 may tarixini özündən əvvəlki həftənin istirahət günlərindən biri ilə əvəzləyərək, 4 gün ardıcıl qeyri-iş günü elan edəcəyi gözlənilir. Eyni zamanda, 25 may şənbə günü ilə 27 may iş gününün yerinin dəyişdiriləcəyi və 26-28 may tarixlərinin ardıcıl qeyri-iş günü olacağı mümkündür.

    Qeyd edək ki, Nazirlər Kabinetinin bu barədə rəsmi qərarı hələ elan edilməyib.

    Tarix : 22-04-2024, 10:00 | Oxunub: 90