Ana səhifə›
CƏMİYYƏT
›
Son Dəqiqə: Qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var
CƏMİYYƏT
Son Dəqiqə: Qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var
Ekologiya
AMP
Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.Ekologiya.az publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib - təyyarə meşəlik əraziyə düşüb.Lakin "112" "Telegram" kanalı bunun "Su-30" modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.