• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son Dəqiqə: Qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var

    13

    noy

    Son Dəqiqə: Qırıcı təyyarə qəzaya uğradı - Ölənlər var

    Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.

     

    Ekologiya.az publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

     

    Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib - təyyarə meşəlik əraziyə düşüb.

     

    Lakin "112" "Telegram" kanalı bunun "Su-30" modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.

     

    Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.

    Tarix : 13-11-2025, 21:48 | Oxunub: 1 888