Tam versiya
Ana səhifə CƏMİYYƏT “Lexus” aşaraq su kanalına düşdü, 5 nəfər boğularaq öldü- ADLAR/FOTO
CƏMİYYƏT

“Lexus” aşaraq su kanalına düşdü, 5 nəfər boğularaq öldü- ADLAR/FOTO


Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.

Ekologiya.az-ın məlumatına görə, hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.

Qeyd edək ki, V. Həsənli və R. Həsənli qardaşdırlar, İ.Həsənli isə onların əmisi oğludur.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, sürücü V.Həsənlinin "Lexus" markalı minik avtomobilinə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı su kanalına aşıb.

Faktla bağlı araşdırma aparılır.







Paylaş:
Tam mətni oxu →