• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Lexus” aşaraq su kanalına düşdü, 5 nəfər boğularaq öldü- ADLAR/FOTO

    07

    dek

    “Lexus” aşaraq su kanalına düşdü, 5 nəfər boğularaq öldü- ADLAR/FOTO

    Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

    Məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

    Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.

    Ekologiya.az-ın məlumatına görə, hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib.

    Qeyd edək ki, V. Həsənli və R. Həsənli qardaşdırlar, İ.Həsənli isə onların əmisi oğludur.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, sürücü V.Həsənlinin "Lexus" markalı minik avtomobilinə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı su kanalına aşıb.

    Faktla bağlı araşdırma aparılır.







    Tarix : 7-12-2025, 10:46 | Oxunub: 8 232