Tam versiya
Ana səhifə CƏMİYYƏT Yaşayış binasında yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib
CƏMİYYƏT

Yaşayış binasında yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib


Türkiyədə yaşayış binasında yanğın olub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Vanın Ərciş rayonunda qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Qeyd edilir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →