• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yaşayış binasında yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib

    26

    dek

    Yaşayış binasında yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib

    Türkiyədə yaşayış binasında yanğın olub.

    "Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Vanın Ərciş rayonunda qeydə alınıb.

    Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

    Qeyd edilir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

    Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

    Hadisə ilə bağlı araşdırma aparılır.

    Tarix : 26-12-2025, 08:58 | Oxunub: 2 000