Tam versiya
Ana səhifə CƏMİYYƏT Xırdalanda Yeni Saray yolu adlanan ərazidə baş verən yanğın söndürülüb
CƏMİYYƏT

Xırdalanda Yeni Saray yolu adlanan ərazidə baş verən yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Paylaş:
Tam mətni oxu →