Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.