CƏMİYYƏT
SON DƏQİQƏ
İçərişəhərdə Yeni il yarmarkası çərçivəsində ekoloji maarifləndirmə tədbiri keçirilib - FOTO
07 yanvar 2026
14:35
2 312 baxış
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “EcoHub” İctimai Birliyinin təşkilatçılığı ilə Coca-Cola şirkətinin PACT proqramı çərçivəsində İçərişəhər Yeni il yarmarkasında ekoloji maarifləndirmə məqsədilə Yeni il stendi təşkil olunub.
Ekologiya.az bildirir ki, tədbirin məqsədi ictimaiyyət, xüsusilə gənclər arasında ekoloji məsuliyyətin artırılması, tullantıların azaldılması və dayanıqlı həyat tərzinin təşviqi olub.
Tədbir ərazisində plastik tullantıların düzgün toplanması və çeşidlənməsi məqsədilə xüsusi qutular yerləşdirilib, iştirakçılara təkrar emalın əhəmiyyəti barədə məlumat verilib.
Stend çərçivəsində süni intellekt əsaslı interaktiv ekoloji oyunlar təşkil olunub. Maarifləndirici oyunlarda fərqlənən iştirakçılara müxtəlif hədiyyələr - kitablar, tinglər təqdim edilib.
Bu kimi təşəbbüslər ekoloji mədəniyyətin formalaşdırılması və cəmiyyətin dayanıqlı gələcəyə töhfəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
![]()
![]()
![]()
![]()
![]()