• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumdünya Ətraf Mühit Günü çərçivəsində açıq hava sərgisi təşkil olunub

    09

    iyn

    Ümumdünya Ətraf Mühit Günü çərçivəsində açıq hava sərgisi təşkil olunub

    Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Günü münasibətilə keçirilən beynəlxalq tədbir çərçivəsində açıq hava sərgisi təşkil olunub.

    Sərgidə "Təmiz Şəhər" ASC, “EkoSfera” Ekoloji-Sosial Mərkəzi, “Giltex”MMC, “Botanical.az”, “Shoppingaz.az”, “Biotech” kimi qurum və şirkətlər tərəfindən ətraf mühitin mühafizəsi, təkrar emal mədəniyyətinin təşviqi və sosial məsuliyyətin gücləndirilməsinə yönəlmiş müxtəlif ekoloji təşəbbüslər ictimaiyyətə təqdim edilib.

    Tədbir çərçivəsində "Təmiz Şəhər" ASC-nin təşəbbüsü, bir sıra dövlət və özəl tərəfdaşların dəstəyi ilə həyata keçirilən "Card to Art", o cümlədən "KAĞIZ GƏTİR–KİTAB APAR" sosial-ekoloji layihələri nümayiş olunub. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin stendində isə istifadə müddəti başa çatmış plastik kartlardan hazırlanmış incəsənət nümunələri təqdim edilib.

    Həmçinin “EkoSfera” Ekoloji-Sosial Mərkəzi və Green Network Azerbaijan (Yaşıl Şəbəkə) platforması tərəfindən Azərbaycanın müxtəlif bölgələrində uşaqlar və gənclər tərəfindən hazırlanmış praktik ekoloji həllər nümayiş etdirilib. Gənc iştirakçılar Azərbaycanda həyata keçirilən ekoloji təşəbbüslərin dünyanın müxtəlif qitələrində mövcud olan ekoloji problemlərin həllinə necə töhfə verə biləcəyini vurğulayıblar.

    Ekoloji məsuliyyətin artırılması və yaşıl təşəbbüslərin təşviqi məqsədilə təqdim olunan layihələr BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnger Andersen və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

    Tarix : Bu gün, 07:42 | Oxunub: 104