20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Beyləqan rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı abidə önünə gül dəstələri düzülüb, 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin hüzn və ehtiramla yad olunub.
Qeyd edək ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]