• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İcra başçısı yeni Qızılca kəndində səyyar görüş keçiririb

    16

    fev

    İcra başçısı yeni Qızılca kəndində səyyar görüş keçiririb

    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Yeni Qızılca kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdən əvvəl kənd ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilmiş, önünə gül dəstələri düzülərək şəhidlərin xatirəsi dərin ehtiramla yad olunmuşdur.

    Görüşdə RPŞ-nin rəisi, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər.

    Qəbula gələn sakinlərin müraciətləri ilə əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.

    Tarix : 16-02-2026, 19:15 | Oxunub: 2 024