20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Beyləqan rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub - FOTO
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Beyləqan rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.