Tam versiya
Ana səhifə CƏMİYYƏT Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var
CƏMİYYƏT

Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var


Şəmkirdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Ekologiya.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →