• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var

    09

    fev

    Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var

    Şəmkirdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

    Ekologiya.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb.

    Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.

    Hadisə zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib.

    Sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

    Tarix : 9-02-2026, 07:28 | Oxunub: 1 032