Ana səhifə›
CƏMİYYƏT
›
“Tıxac, toz-torpaq, külək…” — Prezident Bakı haqda
CƏMİYYƏT
“Tıxac, toz-torpaq, külək…” — Prezident Bakı haqda
Ekologiya
AMP
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.Ekologiya.az bildirir ki, Musavat.com-un məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.Kişi sakin: 35 ildir gözləyirdik.Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?Kişi sakin: Şəhər tərəfdə.Prezident İlham Əliyev: Bakıda?Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?Kişi sakin: Ağcabədidə.Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.Prezident İlham Əliyev: Orada şərait necə idi?Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.Prezident İlham Əliyev: Əlbəttə.Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır.