• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prezident Mehriban Əliyevanı Rəqəmsal İnkişaf Şurasının sədri təyin etdi - FƏRMAN

    27

    fev

    Prezident Mehriban Əliyevanı Rəqəmsal İnkişaf Şurasının sədri təyin etdi - FƏRMAN

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.

    Ekologiya.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

    Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə imzalanıb.

    Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

    Şuranın sədri

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

    Şuranın üzvləri:

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

    Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

    Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

    Azərbaycan Respublikasının elm və təhsil naziri

    Azərbaycan Respublikasının ədliyyə naziri

    Azərbaycan Respublikasının maliyyə naziri

    Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

    Tarix : 27-02-2026, 14:24 | Oxunub: 1 216