Ana səhifə›
CƏMİYYƏT
›
Prezident Mehriban Əliyevanı Rəqəmsal İnkişaf Şurasının sədri təyin etdi - FƏRMAN
CƏMİYYƏT
Prezident Mehriban Əliyevanı Rəqəmsal İnkişaf Şurasının sədri təyin etdi - FƏRMAN
Ekologiya
AMP
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.Ekologiya.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə imzalanıb.Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:Şuranın sədriAzərbaycan Respublikasının Birinci vitse-prezidentiŞuranın üzvləri:Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiAzərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriAzərbaycan Respublikasının elm və təhsil naziriAzərbaycan Respublikasının ədliyyə naziriAzərbaycan Respublikasının maliyyə naziriAzərbaycan Respublikasının iqtisadiyyat naziriAzərbaycan Respublikası Mərkəzi Bankının sədriAzərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.