• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İrandan Azərbaycana 192 nəfər təxliyə olunub

    02

    mar

    İrandan Azərbaycana 192 nəfər təxliyə olunub

    28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub.

    Ekologiya.az "Report"-a istinadla xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır.

    Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikistan, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.

    Bundan başqa Türkiyə, Rusiya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.

    Tarix : 2-03-2026, 00:10 | Oxunub: 2 416