• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçiriləcək

    12

    iyl

    Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" tullantılardan hazırlanmış əl işlərinin sərgisi keçiriləcək

    Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunacaq.

    Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Nazirliyin şöbə müdiri Səyyarə Məmmədovanın sözlərinə görə, sərgi ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar istifadənin və emalın təşviqinə hədəflənib:

    “ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçiriləcək tədbirdə, tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim ediləcək eyni zamanda tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunacaq”.

    Tarix : 12-07-2024, 13:25 | Oxunub: 2 024